?Pezələri məsafədən seçək?! distant məlumat məsləhət xidmətinin yaradılması layihəsi

img

23-04-2013 [11:52]


?Azərbaycan gəncliyi 2011-2015-ci illərdə? Dövlət Proqramının icrasına öz dəstəyini verən QHT-lərdən biri də ?Demokratik Gənclər İctimai Birliyidir. Peşələri məsafədən seçək?! distant məlumat məsləhət xidmətinin yaradılması layihəsinin əsas məqsədi gənclərin müasir peşələrə stimullaşdırılması, köhnə steotiplərdən uzaqlaşdırmaq, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstəyin göstərilməsi, karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, əmək bazarı və gənclərin hazırlığı arasında daha yüksək uyğunluq səviyyəsinin təmin edilməkdən ibarətdir. Layihənin icrası istiqamətində 20-21 aprel tarixlərində Quba şəhərində 50 nəfərin iştirakı ilə böyük təqdimat keçirilib. ?Demokratik Gəncləri? İB-nin Mətbuat xidmətindən qhtxeber.az-a bildirilib ki, təqdimat Quba rayon Amsar Kənd orta məktəbində keçirilib. Tədbiri giriş sözü ilə açan Layihənin rəhbəri Ramil Süleymanov tədbir iştirakçılarına layihə haqqında məlumat verib. Təqdimat zamanı layihənin eksperti Ayaz Abuşov iştirakçılara www.karyeram.az İnternet portalından necə istifadə etmək haqqında ətraflı məlumatlar verib. Ramil Süleymanov çıxışında ?Peşələri məsafədən seçək?! distant məlumat məsləhət xidmətinin yaradılması layihəsinin ?Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə? Dövlət Proqramının həyata keçirilməsi üzrə müvafiq tədbirlər planınında (6.6.3.7 bəndi) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlməklə gənclər işinə böyük töhfələr verəcəyini bildirib. Layihə çərçivəsində peşə seçimi ilə bağlı İnternet Portal yaradılacaq ki, gənclər portal vasitəsi ilə özlərinin bacarıqlarının hanı istiqamətə daha uyğun olduqlarının müəyyən edilməsini, müxtəlif iş və peşə seçimi imkanları, distant təhsil vasitəsi ilə müxtəlif kurslardan keçmə imkanlarına eyni zamanda interaktiv məlumat ? məsləhət xidmətlərinin alması kimi imkanlara malik olacaqlar. Bu portalda interaktiv elektron resurslar, Gənclərin karyera hazırlığı ilə əlaqədar video çarxlar, bundan əlavə birliyin nəşr etdiyi ?Uğurlu təlim peşələri, onların seçimi, seçimlər zamanı yaranan çətinliklər və onların aradan qaldırılma yolları? kitabının elektron versiyası yerləşdiriləcək. Layihə çərçivəsində 1000 ədəd Peşə hazırlığına yönəldilmiş Azərbaycan və Rus dillərində yazılmış kitab hazırlanacaq. Azərbaycan dilində hazırlanmış ?Mən və Karyeram? və rus dilində hazırlanmış ???????????????? kitablarını tədbir iştirakçılarına təqdim ediblərş Bu kitablarda Düzgün Peşə hazırlığı, Peşələrin seçilməsi, şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi üçün bütün lazım olan amillər öz əksini tapmış olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA