TQDK 4 məktəb dərsliyinə qadağa qoydu

img

18-04-2013 [06:00]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daha 4 orta məktəb dərsliyinin istifadəsini məqsədəuyğun saymayıb. Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, artıq Komissiya tərəfindən orta məktəblərin II sinifləri üzrə dərsliklərin elmi metodiki monitorinqi başa çatıb və nəticələr bu gün Təhsil Nazirliyinə təqdim olunub. Monitorinqin nəticəsinə əsasən, orta məktəblərin II sinifləri üzrə ?Azərbaycan dili?, ?Riyaziyyat?, ?Həyat bilgisi? və ?İngilis dili? dərsliklərinin istifadəsi məqsədəuyğun hesab edilməyib. Digər II sinif dərsliklərinin istifadəsi məqsədəuyğundur. Rəyə əsasən, istifadəsinə icazə verilən dərsliklərin rəydə göstərilən irad və təkliflər nəzərə alınmaqla yeni standartlara uyğun hazırlanması tövsiyə edilib: ?II sinif üzrə bütün dərsliklər 2008-ci ilin standartlarına uyğun olaraq hazırlanıb. Lakin bəzi fənlər üzrə 2012-ci ildə yeni standartlar qəbul edilib. Həmin dərsliklərin bu standartlara uyğunlaşdırılması tövsiyə olunub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA