Sabiq prezidentlər və onların ailə üzvləri ilə bağlı yeni qanun hazırlanır

img

18-04-2013 [04:34]


Azərbaycanda keçmiş prezidentlər və onların ailə üzvlərinə aid sosial müavinət və əmək pensiyaları ilə bağlı qanunvericiliyə dəyişkliklər edilir. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" və "Sosial müavinət haqqında" qanunlara dəyişikliklər edilərək "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanuna uyğunlaşdırılma aparılması müzakirə olunub. "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklərə görə, Azərbaycan Respublikasının keçmiş Prezidentinin pensiya təminatı məsələləri "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanunla tənzimlənəcək. "Sosial müavinət haqqında" qanuna isə "vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanuna əsasən ödənilən müavinət" maddəsi əlavə edilir. Komitə sədri Hadı Rəcəbli bildirib ki, hər iki dəyişiklik Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun ailə üzvlərinin sosial müavinət və əmək pensiyaları ilə bağlı sənədləşdirmənin mexanizminin dəyişdirilərək yeni sistemdə tətbiq olunmasına xidmət edir. Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA