Xüsusi təqaüdləri kimlərin alacağı bəlli oldu

img

15-04-2013 [10:35]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 14-də Dövlət Neft Şirkətinin ali məktəb tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə test imtahanın I mərhələsi başa çatıb. İmtahanda iştirak etmək üçün 2128 nəfər qeydiyyatdan keçsə də, onlardan 220 nəfər imtahana gəlməyib. Məlumat üçün deyək ki, test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunub. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilib. 30 sualın hər biri üçün 5 cavab variantı verilib və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunub. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir. Qeyd edək ki, imtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək. TQDK artıq test imtahanının nəticələrini öz saytında yerləşdirib. Nəticələri bu linkdən http://tqdk.gov.az/SOCAR14042013.HTM öyrənmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA