Milli Bankın sədri Elman Rüstəmov AYiB üzvlərinin suallarına cavab verib

img

10-04-2013 [10:48]


Mərkəzi Bankın sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının üzvlərini qəbul edib. Mərkəzi Bankın mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycanın iqtisadi inkişafı, növbəti illərdə ölkə iqtisadiyyatının qarşısında duran çağırışlar, bank sektorundakı islahatlar, həmçinin AYİB-nin Azərbaycanda hazırkı fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Direktorlar Şurasında Böyük Britaniya Birləşmiş Krallığından direktor Conatan Okenden AYİB-nin Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlığından məmnun olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Öz növbəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkəmizin AYİB ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək bu beynəlxalq maliyyə institutunun Azərbaycanın bank sistemində iştirakının təqdirəlayiq olduğunu qeyd edib. Həmçinin görüş zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov Direktorlar Şurasının üzvlərinin Azərbaycan iqtisadiyyatına, eləcə də Bankla əməkdaşlıq məsələlərinə dair suallarını cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA