Azərbaycanda yaxın aylarda pensiyalar artırılacaq

img

10-04-2013 [06:00]


Yaxın aylarda pensiyaların baza hissəsi artırılacaq. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Xaçmazda sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. Xatırladaq ki, S.Müslümov bu gün Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinləri üçün qəbul keçirib. Vətəndaşların qəbulu DSMF-nin Xaçmaz rayon şöbəsində aparılıb. Ətraf rayonlardan görüşə gəlmiş sakinlər üçün müvafiq nəqliyyat vasitəsi ayrılıb. Vətəndaşlar, əsasən, pensiyaların hesablanması və stajla bağlı müraciət ediblər. Bəzi sakinlər müvafiq arxivlərin olmaması səbəbindən Sovet dövründə kolxoz və sovxozlarda işlədikləri müddətin stajda hesablanmamasından şikayət ediblər. Qəbul zamanı 40-dan artıq vətəndaş dinlənilib, onların problemləri ilə bağlı dərhal müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. DSMF sədri bildirib ki, pensiyaların baza hissəsinin artırılması ilə bağlı fondun göstəriciləri yüksəlib, artıq pensiyaların gecikdirilməsi halları tamamilə aradan qaldırılıb. "Belə olan halda pensiya artımlarının maliyyələşdirilməsi üçün kifayət qədər məbləğimiz var və yaxın bir neçə ayda bu məbləğ tamamilə formalaşacaq. Bu da pensiyaların baza hissəsinin artırılması məqsədilə dövlət başçısına mürəciət etmək üçün şərait yaradır. Bütün hesablamalar göstərir ki, bir neçə aya pensiyaların baza hissəsinin artırılması realdır", - deyə o vurğulayıb. Qeyd edək ki, DSMF sədri Səlim Müslümov aprelin 11-də saat 10:00-da fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA