Dövlət Sosial Müdafiə Fondu sabiq baz konsulun zikayətinə cavab verdi

img

03-04-2013 [11:19]


Xəbər verdiyimiz kimi, 1992-ci ildən 1997-ci ilə kimi Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsində çalışmış Abbas Abdulla diplomatik təqaüdünü ala bilmir. O, Modern.az-a açıqlamasında 6 ildir təqaüdə çıxdığını, amma diplomatik təqaüd ala bilmədiyini demişdi. Qeyd etmişdi ki, Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, heç bir cavab ala bilmir. Modern.az saytı məsələni araşdırma üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan bununla bağlı açıqlama verilib. Açıqlamada deyilir: ?Abbas Abdulla KİV-ə verdiyi müsahibəsində 1992-1997-ci illərdə konsul vəzifəsində çalışdığını və buna baxmayaraq ona diplomatik təqaüdün təyin edilmədiyini bildirib. Öncə qeyd edək ki, ?Əmək pensiyaları haqqında? Azərbaycan Respublikası Qanununda diplomatik təqaüd adında əmək pensiyası növü yoxdur. Qanunvericilikdə bəzi sahələrdə çalışmış şəxslərin əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavənin hesablanması qaydası var. Əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavənin hesablanması hər hansı bir şəxsin həmin vəzifələrdə çalışması müddətindən və almış olduğu əmək haqqından asılı olaraq ?Əmək pensiyaları haqqında? Azərbaycan Respublikası Qanununun 20-ci maddəsi ilə müəyyənləşdirilir. Eyni zamanda, ?Diplomatik xidmət haqqında? Azərbaycan Respublikası Qanununun 23.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda fövqəladə və səlahiyyətli səfir və ya baş konsul vəzifəsinə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində aparıcı idarə rəisinin vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır. Və həmin sahədə çalışmış vətəndaşların əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavə göstərilən vəzifə maaşına uyğun hesablanır. Qeyd olunmalıdır ki, qanunvericilkidə əksini tapan bu normalar A.Abdullaya pensiya təyin olunarkən tamamilə nəzərə alınıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA