Bakı Metropoliteninin yeni korpusu tikilir

img

03-04-2013 [10:08]


?28 May? stansiyasının ikinci giriş-çıxışı üzərində inşa olunan texnoloji korpusun tikintisi xeyli müddətdir davam edir. Tikinti işləri ilə tanış olmaq üçün əraziyə baş çəkdik. Şahidi olduq ki, binanın tikintisi başa çatıb. Hazırda binanın fasadlama və vitrajlarının qoyulması işləri həyata keçirilir. Bakı Metropoliteninin mətbuat xidmətindən verilən məlumata görə, korpusun istifadəyə verilməsi bu ilin ikinci yarısına nəzərdə tutulub. Hazırda son tamamlama işləri aparılır. Qeyd edək ki, binanın hündürlüyü 33 metr, mərtəbələrin sayı isə 9 olacaq. milli.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA