Gömrük Komitəsi ilə nazir arasında qarzıdurma

img

29-03-2013 [06:24]


Ölkənin aparıcı nəşriyyatlarından olan "Qanun"un xarici ölkədən gətirdiyi yük 18 gündür Bakı Gömrük İdarəsində ilişib qalıb. Bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu sosial şəbəkədə məlumat yayıb. Ş.Xuduoğlu musavat.com-a bildirib ki, nəşriyyata mətbəə avadanlığı gətirən maşın hər əlavə gün üçün 150 dollar alır: "Gömrük rəsmiləşdirməsi ilə məşğul olan işçimiz hər gün iki dəfə maliyyə şöbəsinin müdiri İbrahimin qəbuluna gedir. Hər dəfə bir-iki saata qəbula düşəndən sonra səhərlər "axşam gəl", axşamlar isə "səhər gəl" cavabı alır. Əməkdaşımız bu gün işdən çıxdı, dedi, mən işsiz qalmağı İbrahimin qəbuluna getməkdən daha üstün tuturam. Nəşriyyat direktorunun sözlərinə görə, gömrükdən buraxılmayan mətbəə avadanlığı Almaniyada bağlanmış bir mətbəədən alınıb, köhnə avadanlıqdır. O, yaranmış vəziyyətdə kimə müraciət edəcəyini, özbaşınalıq edən məmur ordusunun qarşısının necə alınacağını bilmədiyini deyir. Qeyd edək ki, xarici ölkələrlə ticarət əlaqələri olan orta ranqlı iş adamları Bakı Gömrük İdarəsindən çox narazıdırlar və hər fürsətdə öz narazılıqlarını ifadə edir, ancaq sonra bizneslərinə problem yaradılacağını nəzərə alaraq adlarının çəkilməsini istəmirlər. Kitabçılıqla məşğul olan Şahbaz Xuduoğlu isə bildirir ki, itirəcək bir şey yoxdur, qoy gömrükdə real vəziyyəti hamı bilsin ki, bəlkə bir tədbir görən tapıla. Ən maraqlısı isə odur ki, adı çəkilən şəxsin - İbrahimin soyadını heç kəs bilmir, bilənlər isə demir. Sanki bu, bir gömrük sirridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA