Hacı ibrahim Nehrəmliyə qarzı 12 milyonluq zok ittiham: ?Cinayət izi açılmalıdır?

img

20-03-2013 [03:40]


"Azərross" MTK-nın həmtəsisçisi, iş adamı Əflatun Piriyevin qətlə yetirilməsində adı sifarişçi kimi çəkilən və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edən Hümbət Məmmədov həbsxanadan sensasiya sayıla biləcək məktub yazıb. Həbsdə olan iş adamı martın əvvəllərində hüquqi xidmətlərindən imtina etdiyi vəkil Alov Səfərəliyevlə vaxtilə yaxın adamı olmuş Əhliman Alıyevin əmlaklarının bir hissəsini saxta sənədlərlə ələ keçirmələrindən şikayətlənməklə yanaşı, ölkədə tanınmış iş adamı kimi qəbul edilən şəriki Hacı İbrahim Nehrəmliyə qarşı da şok ittihamla çıxış edib. Hümbət Məmmədov Hacı İbrahimi onun 12 milyon manatını mənimsəməkdə ittiham edir və barəsində cinayət işi açılmasını istəyir. Bunun üçün o, Baş Prokurorluğa da rəsmi müraciət edib. Mia.az Təzadlar.az-a istinadən Bakı İstintaq Təcridxanasında saxlanılan və bir sıra ağır maddələrlə təqsirləndirilən ?Azərross-İK? MTK-nın 40 faiz payının sahibi Məmmədov Hümbət Asan oğlunun əmlakları və vəkilləri ilə bağlı yaranmış söz-söhbətlərə aydınlıq gətirən növbəti ərizəsini təqdim edir: ?İlk əvvəl bildirmək istəyirəm ki, mənim başıma gələn cinayət hadisəsi və 12 milyon manat pulumun şərikim İbrahim İbrahimov (Azərbaycanda nehrəmli İbrahim kimi tanınan) tərəfindən mənimsənilməsi barədə məhkəməyə verdiyim yazılı ifadəni qəzetinizdə dərc etdirməyinizə görə sizə minnətdarlığımı bildirir və ərizəmdə göstərdiyim məlumatları qəzetinizdə çap edilməsi və informasiya agentlikləri vasitəsi ilə yayılmasını sizdən xahiş edirəm. Birincisi, sizə və bütün kütləvi informasiya vasitələrinə aydın olsun deyə bildirirəm ki, 2012-ci ilin oktyabr ayından başlayaraq mənim hüquqlarımı məhkəmədə müdafiə edən AR Vəkillər Kollegiyasının üzvü Ramiz Zeynalov barədə qəzet və saytlarda (əsasən də müxalifət yönümlü) KİV-lərdə mənim həyat yoldaşım Məmmədova Manana Camen qızının (Ramazanova) adından yayılan məlumatlar mənim işimdə ibtidai istintaq dövründən balayaraq, məhkəmədə də müdafiəmi həyata keçirən AR Vəkillər Kollegiyasının üzvü Alov Səfərəliyev və onunla cinayət ələqəsində olan və mənim əmlakımı və pul vəsaitlərimi etibarımdan sui istifadə edərək mənimsənilməsində əsas rol oynayan Əhliman Alıyevin əməllərini aşkar etmiş vəkilim Ramiz Zeynalovu ləkələmək məqsədi ilə yoldaşımı aldadaraq onların tərəfindən yalan məlumatlar yayılmışdır. Ramiz Zyenalov mənim cinayət işimdə vəkilim olmaqla yanaşı, eyni zamanda mənim etibarnaməm əsasında mənə aid bütün əmlak xarakterli işlərimin, o cümlədən ?Azərross-İK? MTK-nın həmtəsisçisi olan İbrahim İbrahimova qarşı mənə məxsus 12 mln. manatın geri qaytarılmasını və İbrahim İbrahimova qarşı cinayət işinin qaldırılması ilə əlaqədar mənim nümayəndəm kimi çıxış etmək hüququna malikdir. Həmin etibarnamə və AR Baş Prokuroruna yazdığım və Bakı İstintaq Təcridxanasından göndərdiyim ərizələrimin əsasında mənim ibtidai istintaq orqanında saxlanılan 2 tüfəng, 2 telefon, 1 ədəd prosessor və sənədlərimin alınmasını Ramiz Zeynalova həvalə etmişəm və onun aldığı əmlaklar faktla təsdiq edilmiş və mənə vəkilim tələfindən təqdim olunmuşdur, həmin əmlakın bir hissəsinin onda saxlanılmasını, digər himayəçinin borclarının əvəzi kimi mənim göstərdiyim şəxslərə onun tərəfindən verilmişdir. Mənim Ramiz Zeynalova qarşı heç bir iddiam və ya tələbim yoxdur, o cümlədən hər hansı bir şikayətim də ola bilməz. Nəzərinizə çatdırmaq istəyirəm ki, vəkil Alov Səfərəliyev və onunla əlbirfəaliyyət göstərən Əhliman Alıyev mənə məxsus torpaq sahələri və onların üzərində olan mülklərin bir qismini saxta sənədlər tərtib edərək həyat yoldaşımın təcrübəsizliyindən istifadə edərək satdırmışlar. İstər xidmətindən istifadə etməkdən imtina etdiyim keçmiş vəkilim Alov Səfərəliyev, istərsə də onun bu əməllərində şəriki olan Əhliman Alıyevin ifşa edilməsi bilavasitə vəkilim Ramiz Zeynalovun peşəkarlığı sayəsində mənə məlum olmuşdur. Bir daha bildirirəm ki, Ramiz Zeynalov barədə ?Azadlıq? və ?Müsavat? qəzetlərində, o cümlədən digər qəzet və saytlarda yerləşdirilən və guya onun mənim əmlakımı mənimsəməsi barədə olan həyat yoldaşım Məmmədova Mananın adından verilən məlumatlar yalandır, həqiqətə uyğun olmamaqla Alov Səfərəliyev və Əhliman Alıyevin öz qanunsuz əməllərini ört-basdır etmək, bu yolla vəkil Ramiz Zeynalovun mənim həm cinayət, həm də mülki işlər üzrə nümayəndəm kimi apardığı və gələcəkdə aparacağı işlərdən uzaqlaşdırılmasına çalışmalarıdır. Alov Səfərəliyev və Əhliman Alıyevin mənim pul və digər əmlakımı mənimsəmələri barədə AR Baş Prokuroruna, AR Vəkillər Kollegiyasına Bakı İstintaq Təcridxanasından rəsmi ərizələrlə müraciət etmişəm. Surətini Sizə göndərirəm və dərc etməyinizi acizanə xahiş edirəm. Yazdıqlarıma özüm məsuliyyət daşıyıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA