345 QHT-yə pul ayrıldı-2 milyon manat

img

15-03-2013 [05:16]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Iclası açan Şura sədri Azay Quliyev maliyyə yardımı müsabiqəsinin yekunları ilə əlaqədar bir neçə gün davam edən müzakirələrə yekun vurub. Şura sədri A.Quliyev eləcə də son günlər həyata keçirilmiş digər tədbirlər haqqında məlumat verib. O, Şura üzvlərindən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri və orada keçirilmiş görüşlərin iki ölkənin vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı üçün əhəmiyyətini qeyd edib. A.Quliyev, həmçinin, Şuranın dəvətilə Rusiya Federasiyası İctimai Palatası rəhbərliyinin Bakıya səfəri və imzalanmış ?Birgə fəaliyyət və əməkdaşlıq haqqında memorandum?un iki ölkə QHT-ləri arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə fayda verəcəyini bildirib. Şura Katibliyinin icraçı direktoru F.Qurbanov çıxış edərək, 2013-cü ilin birinci maliyyə yardımı müsabiqəsinin ümumiləşdirilmiş nəticələrilə bağlı məlumat verib. Bildirilib ki, müsabiqəyə 512 QHT-dən layihə təklifi daxil olub, onlardan 80-ə yaxın layihə Şuranın sənədləşmə ilə bağlı tələblərinə cavab vermədiyi üçün ekspertiza mərhələsinə buraxılmadan müsabiqədən uzaqlaşdırılıb, ekspertiza mərhələsində hər layihə iki müstəqil ekspert tərəfindən qiymətləndirilib. Şura əvvəlki iclaslarda maliyyələşdirilməsi qərara alınmış layihələr barədə büdcə komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və təşkilatlar haqqında Katibliyin arayışlarını nəzərə alaraq, 345 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul edib. Siyahı Şuranın www.qhtxeber.az və www.cssn.gov.az saytlarında dərc edilir. İclasda apelyasiya komissiyasının yeni tərkibi müəyyən edildi və ərizələrə baxılması proseduru nəzərdən keçirildi. Komissiyada ərizələr 28 mart 2013-ci il saat 17.00-dək qəbul ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA