1992-ci ildən sonra banklara qoyulan əmanətlər qaytarılır?

img

10-03-2013 [02:28]


Müstəqilliyimizin ilk illərində kommersiya banklarına etibar edib, amma nəticə etibarı ilə banklar vətəndaşlara göstərilən etimadı doğrultmadı. Başqa sözlə, kommersiya bankları külli miqdarda vəsaiti sonradan mənimsəməklə müştərilərinin etibarını tamamı ilə itirdi. Məlum hadisələrdən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, son dövrlərə qədər batmış əmanətlərin qaytarılması hökumətdə müzakirə mövzusu olmayıb. Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Vahid ƏIhmədov isə gələcəkdə 1992-ci və sonrakı illərdə vətəndaşların banklarda qalan pullarının qaytarılmasını mümkün sayır. Millət vəkilinin fikrincə, bu gün Azərbaycanın iqtisadi potensialı vətəndaşların batmış əmanətlərini geri qaytarmağa imkan vermir. Hələlik isə vacib olan yeganə məsələ əmanətlərin həcmini hesablayıb tapmaqdır. Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, qanuna əsasən pullar inflyassiyanın səviyyəsinə görə indeksasiya olunmalı idi: ?Bəlkə qoyulan əmanətlər dəyərdən düşüb. Bütün hallarda onlar hesablanmalıdır?. Xatırladaq ki, prezident İlham Əliyevin 14 mart 2012-ci ildə imzaladığı fərmana əsasən ötən ildən sovet dövründən qalmış yəni 1992-ci ilin 1 yanvarına qədər banklara qoyulan əmanətlərin qaytarılması prossesinə başlanılıb. Artıq bu günədək 60 faizdən çox əmanətçi pulunu geri alıb. Qalan əmanətlərin isə 2013-cü ilin sonunadək qaytarılması nəzərdə tutulub

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA