Bu gün Bakının iki rayonunda su olmayacaq

img

19-02-2013 [01:28]


Bu gün və sabah Bakı şəhəri Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrinin bəzi yerlərinə, eləcə də Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək. ?Azərsu? Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti şöbəsindən verilən məlumatına görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur. Yaranmış narahatlıqla əlaqədar ?Azərsu? ASC abunəçilərdən üzr istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA