"Texnikabank"ın filial müdiri həbs olunub

img

05-02-2013 [10:38]


abank?ın Yasamal rayon filialının müdiri Azad Həsənov və filialın daha bir neçə əməkdaşı həbs olunub. Bu barədə APA-ya Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev məlumat verib. Ə.Mustafayev ?Texnikabank?ın Yasamal filialının həbsdə olan müdir müavini Elnur Seyidovla görüşərkən bununla bağlı məlumat aldığını deyib: ?Bizdə olan məlumata görə, Azad Həsənov və digər bir neçə nəfər həbs olunub. Onlara qarşı da Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə), 208-ci (xarici valyuta vəsaitlərini xaricdən qaytarmama) və 213-cü (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan olunub?. Qeyd edək ki, bir müddət əvvəl bankın rəhbəri Etibar Əliyev də həbs olunub. Lakin sonradan o, azadlığa buraxılıb. Hazırda bankın Yasamal filialının müdir müavini E. Seyidov və bankın digər bir neçə əməkdaşı həbsdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA