Dövlət Statistika Komitəsinə yeni müavin təyin olunub

img

27-01-2013 [03:09]


Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevə yeni müavin təyin olunub. Komitənin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Yusif Xasay oğlu Yusifov təxminən bir həftə əvvəl sözügedən posta təyinat alıb. Mia.az ?Reytinq? qəzetinin 27 yanvar tarixli sayında dərc olunmuş məqaləyə istinadən xəbər verir ki, Yusif Yusifov bir müddət əvvəl Vergilər nazirinin müavini təyin olunmuş Sahib Ələkbərovun boşalmış vəzifəsinə təyinat alıb. Müstəqil İnformasiya Agentliyi olaraq, Yusif Yusifovun tərcümeyi-halını təqdim edirik: Yusif Yusifov 1975-ci il dekabr ayının 26-da Samux rayonunun Salahlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. İqtisad üzrə fəlsəfə doktorudur. 1998-2011-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, sektor müdiri, şöbə müdiri vəzifələrində işləmişdir. 2012-ci il yanvarın 1-dən ?Dövlətstatkom?un Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Evlidir, iki oğlu var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA