Təhsil Nazirliyi yeni müsabiqə elan edib

img

07-01-2013 [12:22]


Təhsil Nazirliyinin təşkilatçılığı ilə ?1 şagird?1 kompüter? müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin təşkil edilməsində əsas məqsəd İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılmasından ibarətdir. Bildirilib ki, müsabiqənin Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri arasında hər il keçirilməsi qərara alınıb. İki mərhələdə təşkil ediləcək müsabiqəyə təqdim olunacaq işlər müvafiq meyarlar üzrə qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqlar. Müsabiqə ilə bağlı ətraflı məlumatlar www.musabiqe.edu.az saytında yerləşdiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA