Bakıda 3 ulduzlu otellərin inzasına bazlanılacaq

img

27-12-2012 [12:50]


?2013-cü ilin əvvəllərində Azərbaycanda beynəlxalq standartlara uyğun və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunan otellərin yeni ulduzlaşma qaydaları tətbiq olunacaq?. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu qaydalar olduqca sərt olacaq: ?Bu zamanın tələbidir. Biz istəyirik ki, otellərimiz dünya standartlarına uyğun olsun?. Nazir bildirib ki, 2015-ci il Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı yeni işlər görüləcək: ?Hal-hazırda bununla dövlət proqramı təsdiq olunmaqdadır. Orada turizm institutunun inkişafı və formalaşdırılması önəmlidir. Bildiyiniz kimi bu yaxınlarda Şahdağ yay-qış turizm obyektinin bir hissəsi açdıq. 2015-ci iləcən tam istifadəyə veriləcək. Azərbaycana gələn qonaqlar, idmançılar üçün maraqlı olacaq. Amma prezidentin tapşırığı ilə Bakıya daha ciddi diqqət yetirməliyik. Gələn ildən Bakıda 3 ulduzlu otellərin inşasına başlayacağıq. Bizim yüksək ulduzlu otellərimiz çoxdur və onlar işlərinin öhdəsindən yaxşı gəlirlər. İndi daha aşağı kateqoriyaların inşasına başlamalıyıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA