Gürcüstanla qazın qiyməti müzakirə olunacaq

img

25-12-2012 [11:51]


Baş nazir Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti dekabrın 26-da Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, nümayəndə heyətinin tərkibində energetika naziri Kaxa Kaladze də olacaq. Nazirin sözlərinə görə, Azərbaycandakı görüşlərin aktual mövzularından biri məhz qaz tarifləri olacaq. O, bu məsələnin müsbət həll olunacağına ümid edir. Yanacağın qiymətlərinə gəldikdə, Kaladze bildirib ki, "Gürcü arzusu"nun hakimiyyətə gəlməsindən sonra yanacağın qiyməti aşağı düşməyə başlayıb. "Qiymətlərin gələcəkdə də aşağı düşməkdə davam edəcəyi mümkündür", - o əlavə edib. Bu arada İvanişvili özü bazar ertəsi keçirilən brifinqdə bəyan edib ki, qaz tariflərinin azalması "yalnız simvolik" ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA