Pensiyalar bayrama kimi veriləcək

img

18-12-2012 [05:55]


?Gələn həftənin sonuna kimi pensiyaların verilməsi başa çatacaq. Biz çalışacağıq ki, bayrama kimi pensiyaların verilməsi yekunlaşsın?. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verilib. ?Dekabr ayı üçün pensiyaların maliyyələşməsi artıq başlanılıb. Bakı şəhəri üzrə bütün rayonlara verilib, qurtarıb. İndi digər rayonların maliyyələşməsinə başlamışıq. 2003-cü ildən bəri biz ənənəvi olaraq, pensiyaların maliyyələşməsini ayın 30-a kimi başa çatdırmağa çalışırıq. Bu il də belə olacaq. Dekabrın 30-a kimi pensiyaların verilməsi tam yekunlaşacaq. Bizdə qrafik belədir ki, birinci Bakı şəhəri üzrə verilir Sonra məcburi köçkünlərin məskunlaşdığı rayonlar, Naxçıvan, sonra isə digər bölgələr üzrə verilir. Beləliklə, ayın axırına kimi pensiyaların ödənilməsi məsələsi qapanır Gələn həftənin sonuna kimi pensiyaların verilmə prosesi başa çatacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA