indi "Unibank"ın bankomatları da kredit verir

img

11-12-2012 [05:45]


?Unibank? ölkə bankları içərisində ilk dəfə yeni xidmət təklif edir. Bankın mətbuat xidmətindən verilən məlumata görə, müştərilər banka gəlmədən, istehlak krediti üçün müraciət edə bilərlər. Kreditlə bağlı müraciəti ən yaxın bankomatdan etmək mümkündür. Bu addım, kredit əldə etmək istəyən müştərilərin vaxtına qənaət edən və rahatlığını təmin edən yeni bir alətdir. Bunun üçün ?Unibank?ın bankomatına yaxınlaşıb, istənilən bankın plastik kartını ?Unibank?ın bankomatına daxil edib və dil seçimindən sonra, xidmətdən istifadə edə bilərsiniz. ATM-in ekranında ?Unibank?a istehlak krediti ilə bağlı müraciət etmək üçün, ikinci pəncərədə ?kredit? düyməsini seçib, öz mobil nömrənizi ATM-ə daxil edərək, təsdiqləyirsiniz. Müraciətiniz qəbul olunduqdan sonra, bank əməkdaşları qısa müddətdə sizə zəng edərək, kredit təklifinizi cavablandıracaq. Kredit müraciəti, istənilən başqa bankın kartı vasitəsi ilə həyata keçirilə bilər. ?Unibank? kartınızın olması vacib deyil. Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə ?Unidirect? xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından Unidirect@unibank.az ünvanına göndərməlidirlər. Müştərilərinə bütün həftəni xidmət etmək üçün ?Unibank?ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir. Bankın Bülbül pr. 10 ünvanında, ?Sahil? metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir. ?Unibank?ın kreditlərindən bankın geniş partnyor şəbəkəsində də istifadə etmək olar. ?Atəşgah Sığorta? şirkətinin 11 satış məntəqəsində, ?28 MALL? və ?Nərgiz? Ticarət Mərkəzində elə yerindəcə ?Albalı? taksit kartlarını rəsmiləşdirmək mümkündür. Son texnoloji yenilikləri tətbiq etməklə, müştərilərinə göstərdiyi xidməti günü-gündən yaxşılaşdıran 28 filiala malik ?Unibank?, 66 ATM-lə yalnız özünün deyil, digər bankların müştərilərinə də xidmət göstərir. ?Unibank?ın bankomatları sms bankçılıq xidməti ilə yanaşı, kommunal ödənişləri də həyata keçirməyə imkan verir. Unibankın plastik kartlarına sahib olan müştəriləri banka gəlmədən, ?card to card? xidmətilə bankomatlardan pul göndərə bilərlər. Ölkə bankları içərisində ?Unibank? ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata daxil edərək, ?Unibank?da olan kredit ödənişlərini həyata keçirə bilir. Bu xidmətin qarşılığında isə heç bir əlavə ödəniş etmir. Qeyd edək ki, ?Unibank? istehlakçılar üçün 3000 AZN-dək krediti girovsuz və zaminsiz verir. Bu kreditlər 30 aylıq müddətədəkdir. Məbləğ borcalanın gəlirlərindən asılı olaraq 300 AZN-dən 7000 AZN-dək dəyişir. Daha ətraflı məlumatı bankın rəsmi səhifəsindən (www.unibank.az), facebook səhifəsindən (www.facebook.com/unibank.az) və (012) 117 nömrəli telefondan öyrənə bilərsiniz. ?Unibank? - hər kəsin bankı!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA