?Azərcell? 1 manatlıq kartları qaytarmağa məcbur oldu

img

10-12-2012 [04:07]


252;ddət öncə ?Azərcell Telekom? MMC 1 manat məbləğində SimSim danışıq kartlarının ləğv edildiyini və bu məbləğdə kartların ancaq internet ödəmə səhifələri, bankomatlar və banklar, eləcə də paypoint vasitəsilə əldə edə biləcəklərini bildirmişdi. Amma bu gün əməkdaşımıza metro stansiyalarının birindən 1 manatlıq SimSim danışıq kartı alıb. ?Azercell Telekom? MMC-nin mətbuat xidmətinin rəhbəri Anar Cahangirli Modern.az-a açıqlamasında bildirib ki, son dövrlər danışıq kartlarına, xüsusən 1 manat dəyərində olanlara tələbatın artması ilə əlaqədar bəzi satış nöqtələrində kiçik nominallı danışıq kartlarının sayında məhdudiyyət yaranıb. ?Belə halların qısa müddət ərzində aradan qaldırılması üçün ?Azercell Telekom? MMC tərəfindən təcili tədbirlər görülməkdədir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, danışıq kartlarında qiymət dəyişikliyi olmayıb. 1, 3, 5, 10, 15 , 25 manat dəyərində olan danışıq kartlarını üzərindəki nominala uyğun qiymətə rəsmi dilerlərimizdən əldə edə bilərsiniz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA