Azərbaycanda sosial yardım artacaq

img

05-12-2012 [01:43]


2013-cü ildə Azərbaycanda sosial müavinətlərin və ünvanlı sosial yardımların (ÜSY) orta aylıq məbləği artacaq. Bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib. "2013-cü ildə ehtiyac meyarının 93 manatadək artırılacağı nəzərə alınaraq, ailələrə verilən ÜSY-nin orta məbləği indiki 110 manatdan 120-130 manatdək qaldırılacaq. ÜSY-nin əhatə dairəsi də genişlənir. Bu gün ünvanlı sosial yardım alanların sayı 130 min nəfər təşkil edir", - Rəhimov deyib. Onun sözlərinə görə, habelə 2013-cü ildə sosial müavinətlərin indeksasiyası da aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA