Ağcabədili sahibkarın analoqu olmayan aksiyası davam edir

img

01-12-2012 [02:46]


cabədi rayonda iki yanacaq doldurma məntəqəsinin sahibi olan Qasımov Arf Əmrah oğlunun analoqsuz aksiyası davam edir. Bu barədə MİA.AZ-a Ağcabədi rayonundakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, hələ bir neçə ay əvvəl Arif Qasımov hər iki yanacaq doldurma məntəqəsinin ofis binalarının şüşəsinə aşağıdakı mətində elan vurdurub. ?Obyekt satılır! Vergilər nazirinin müavini Sahir Məmmədxanov məni aldadaraq külli miqdarda pulumu aldığına görə?. Məlumata görə, bununla vergilər nazirinin müavini Sahir Məmmədxanov tərəfindən aldadılaraq külli miqdarda pulu alınan Arif Qasımov bu aksiya ilə aidiyyatı orqanların diqqətini cəlb etmək istəsə də, hüquq-mühafizə orqanları susqunluq nümayiş etdirirlər. Hüquq-mühafizə orqanlarının məsələyə heç bir reaksiya verməməsi Arif Qasımovu bu günə kimi rast gəlinməyən etiraz aksiyasını davam etdirməyə vadar edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA