Milli Məclisin ?Reproduktiv sağlamlığın qorunması haqqında? qanun layihəsi yenidən izlənəcək

img

29-11-2012 [03:39]


Bu gün Milli Məclisin Sosial siyasət komitəsində müzakirəyə çıxarılan ?Reproduktiv sağlamlıq haqqında? qanun layihəsinin adı dəyişdirilib. İclasda qeyd olunub ki, sənəd bundan sonra ?Reproduktiv sağlamlığın qorunması haqqında? qanun layihəsi adlandırılacaq. Bildirilib ki, layihəyə əsəsən, sonsuzluğun aradan qaldırılmasına cəlb edilən donor 35 yaşadək kişi və qadın ola bilər. Donor xidmətindən istifadə edən ailənin donorun miliyyəti, təhsili, peşəsi, xarici görkəmi barədə məlumat almaq hüququ var. Donorluq müqavilə əsasında olur və bir şəxs yalnız 5 ailə üçün donor ola bilər. İclasda qeyd olunub ki, layihədə əvvəlki variantdan fərqli olaraq edilən dəyişikliklər əsasən, analıq hüququ və sonsuzluğun müalicəsi ilə bağlıdır. Layihənin 10-cu maddəsinə əsasən, sonsuzluğun müalicəsi zamanı vətəndaş tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicəsi hüququna malikdir. Layihədə göstərilib ki, tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə oluna bilər. İnsanın klonlaşdırılması məqsədilə reprodiktiv hüceyrələrin və embrionun istifadəsi qadağandır. Müzakirənin sonunda layihə MM-in plenar iclasına tövsiyə olunmayıb. Sənədin yenidən işlənməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA