Şeyxin deputat qudasının qazını borca görə kəsdilər

img

26-11-2012 [11:56]


Bir neçə gün əvvəl Bakının Sabunçu rayonunda, konkret olaraq Bilgəh qəsəbəsində qaz istehlakına görə borcunu ödəməyən bir qrup abonentin qazı kəsilib. Mia.az Publika.az-a istınadən xəbər verir ki, qazı kəsilənlər arasında Sabunçu rayonundan deputat, şeyx Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahovun villası da olub. Onun Bilgəhdə yerləşən 6 mərtəbəli villasının qazı idarə əməkdaşları tərəfindən kəsilib. Məsələdən dərhal xəbər tutan Hacı Qalib müdaxilə edib və yaranmış 5 min manata yaxın borc ödənilib. Çox keçmədən villaya qaz verilişi bərpa olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA