Gələn ilin sonuna qədər ölkənin 95 faizi qazlazdırılacaq

img

25-11-2012 [08:30]


Qaz ala bilməyən yaşayış məntəqələrindən biri də Qəbələnin Vəndam kəndidir. 1 200 ailənin yaşadığı kəndin aşağı hissəsində 800 ailə hələ də qazsızdır. Burada qazlaşdırma son 1-2 ildə başlasa da, əhalinin yarısından çoxu odundan istifadə etməyə məcburdur. Rayon mərkəzlərindəki yaşayış məntəqələrinin demək olar ki, hamısı qazla təmin edilib. Kəndlərdə isə vəziyyət bir qədər fərqlidir. Belə ki, şimal bölgəsində Qusarda 90 kənddən 26-sı, Xaçmazda 151 kənddən 56-sı, Qubada 156 kənddən 41-i, Şabranda 61 kənddən 17-si qazlaşdırılıb. Gəncə ətrafında yeni salınan yaşayış massivlərində qaz yoxdur. Bərdənin kəndlərində 35, qəsəbələrdə isə 70 faiz qaz var. Tərtərin kəndlərində 40, Goranboyun kəndlərində 80, Lənkəran rayonunda qazlaşmanın səviyyəsi cəmi 35 faiz təşkil edir. Yardımlının kəndlərində 45, Astaranın kəndlərində isə 65 faiz qazla təmin edilib. İqtisadi cəhətdən ən çox inkişaf etmiş rayonlardan olan Lənkəranın 7 kəndinə qaz verilməsinə baxmayaraq, qazlaşmanın səviyyəsinə görə digər bölgələrdən geridə qalır. ARDNŞ-in vitse-prezidenti Xalid Məmmədov Novruz bayramınadək Lənkəran rayonunnn qaz təhcizatına görə bölqədə diqər rayonları keçəcəyini söyləyir. ?Azəriqaz? İstehsalat Birliyinin sədr müavini Nazim Səmədzadənin sözlərinə görə, qaz ehtiyatı imkan verir ki, bütün qışı əhali normal şəkildə ?mavi yanacaq?la təmin olunsun. Onun sözlərinə görə, bu ilin noyabr ayında 19-na qədər ümumiyyətlə yeraltı qaz anbarlarından 175 milyon kubmetr əlavə qaz götürülüb istifadə olunmuşdu. Bu il isə 70 milyon kubmetr qaz götürülüb. Bu da o deməkdir ki, mənbələr qazdan qənaətlə istifadə edir?. Ölkə ərazisində qazlaşdırma işinin 74 faiz yerinə yetirildiyini deyən N. Səmədzadə bildirir ki, 2013-cü ilin sonuna qədər bu proses 95 faizə çatdırılacaq. İstehsalat Birliyi kənd yaşayış məntəqələrinin və yeni yaşayış sahələrinin qazlaşdırılması üçün 2012-2013-cü illərdə icrası nəzərdə tutulan layihə hazırlanıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA