Hesablama Palatasının kollegiyası keçirilib

img

23-11-2012 [03:49]


Noyabrın 22-də Hesablama Palatasının kollegiyası keçirilib. Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Dövlət Aqrar Universitetinə tədris korpuslarının təmiri və avadanlıqlarla təchiz edilməsinə ayrılan vəsaitlərin istifadəsinə, Qaradağ rayon İcra hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin ?Mənzil və kommunal təsərrüfatı? bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Şabran və Siyəzən rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə, Şəmkir rayon İcra hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin ?Mənzil və kommunal təsərrüfatı? bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, ?Azərelektrikşəbəkətikinti? ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair Rəy və Hesabatlar müzakirə olunaraq təsdiq olunmuş, nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb. Kollegiya iclasında, həmçinin, Xəzər rayon İcra hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin ?Mənzil və kommunal təsərrüfatı? bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, İsmayıllı və Neftçala rayonları üzrə yerli İcra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə və dövlət büdcəsi xərclərinin funksional təsnifatının ? Təhsil xərcləri? bölməsinin ?Texniki-peşə məktəbləri və liseylər? köməkçi bölməsinin ?Orta-ixtisas təhsili? paraqrafı üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan Tibb Kollecinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair Audit proqramları da təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA