"Təzə Bazar" MMC-də olan gizlinlərin zok açıqlamaları davam edir

img

15-11-2012 [11:05]


z kimi, bir neçə gün öncə "Təzə Bazar" MMC-yə Bazarın həmtəsisçisi Vaqif Şixəliyev tərəfindən qeyri-qanuni hücum təşkil olunmuşdu.Hətta hücum zamanı bazarda fəaliyyət göstərən icarəçilər və işçilər döyülərək xəstəxanalıq edilmişlər. Onlardan biri, Namiq İskəndərov hələ də "Semaşko" xəstəxanasının Təcili yardım şöbəsində vəziyyəti ağır olaraq qalır. Sosialxeber.org-un araşdırılması yeni bir faktı ortaya çıxardı. Yəni Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin Vaqif Şixəliyevin Bazara girməsinin qadağan edilməsi haqqında qərardadı var imiş. Lakin Vaqif Şixəliyev bu qərardada Məhəl qoymayaraq bu gündə bazarda oturmaqdadır və bazarın icarəçilərinə , işçilərinə "Qoçu"luğun bu ölkədə effekt verməsi haqqında lovğalana-lovğalana danışmaqda və göstərməkdədir. Maraqlı məqam da burasındadır ki, niyə görə Məhkəmə qərarının icrasını Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi Xanlar Zeynalov təmin etmir?! Dəfələrlə adıçəkilən idarəyə digər həmtəsisçi və direktor Məmmədağa İbrahimov tərəfindən teleqramlar və rəsmi müraciətlər olunmasına baxmayaraq Məhkəmənin çıxardığı Qərardadın icrası təmin edilmir ki, edilmir!! Biz indi sizlərə Həmin Qərardadın surətlərini, fotoşəkillərini təqdim edirik. Linki yaxınlaşdırıb hərfbəhərf oxuya bilərsiniz. Çox maraqlıdır Xanlar Zeynalovun görəsən bu bazarla nə əlaqəsi? Sosial Hüquqların Monitorinq Qrupunun üzvləri dəyirmi masa keçirmişlər və məsələ ilə bağlı çox yaxın günlərdə mətbuat konfransı keçirərək Dövlət başçısı, Möhtərəm Prezidentimiz İlham Əliyevə müraciət edəcəklər. Məlumatı sosialxeber.org-a Qrupun mətbuat xidmətindən daxil olmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA