Deputat və qardazlarına qarzı 1 milyonluq dava açılıb

img

12-11-2012 [05:04]


Azərbaycan Milli Məclisinin deputatı və qohumları məhkəməyə verilib. APA-nın məlumatına görə, deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevin məhkəməyə verilməsi kredit müqaviləsi ilə bağlı olub. Onları məhkəməyə ?Bank Nikoil? verib. İddiada kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi tələb olunub. ?Bank Nikoil? iddia ərizəsində borcun ümumi məbləğini 879 618 min manat (1,1 milyon ABŞ dolları) göstərib. Binəqədi Rayon Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi aktı qismən ləğv edib və yeni qətnamə qəbul edib. İşə Ali Məhkəmədə baxılacaq. Deputat Rəfael Cəbrayılov APA-ya açıqlamasında məlumatı təsdiqləyib: ?Bu, sadəcə qardaşlarımla bank arasında olan mülki mübahisədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA