Ipoteka kreditlərinə 40 milyon manat ayrılacaq

img

10-11-2012 [10:50]


Ev almaq arzusunda olan şəxslərə müjdəli xəbər gəlib. Mərkəzi Bankdan ANS-in ?Hesab vaxtı?na verilən məlumata əsasən, növbəti illərdə də cari ildə olduğu kimi, dövlət büdcəsindən ipoteka kreditlərinə ayrılan vəsaitin həcmi artırılacaq. Ekspertlər isə bildirir ki, ipoteka krediti almaq üçün ilk növbədə kreditlərin verilmə şərtləri sadələşdirilməlidir. 2013-cü ilin dövlət büdcəsindən ipoteka kreditləşməsinə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu məbləğ əsasən sosial sahələri hədəfləyən ipoteka kreditlərinin verilməsinə sərf olunacaq. Sosial sahələr arasında isə daha çox mənzil və digər daşınmaz əmlakın ipoteka şərtlərilə verilməsi nəzərdə tutulur. Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev bu artımı müsbət nailiyyət kimi qiymətləndirir. Onun sözlərinə görə, məbləğin artırılması çox mühüm addımdır. O bildirib ki, bu məbləğ növbəti illərdə də artırılarsa, daha məqbul olar. Azərbaycanda ipoteka kreditlərinə daha çox mənzil alınması üçün müraciət olunur. Lakin ipoteka şərtləri əhalinin gəlir və məsrəfləri baxımından heç də sərfəli deyil. Buna görə də ipoteka kreditləri üçün müraciət edənlərin sayında ilkin vaxtlarla müqayisədə bir neçə dəfə azalmalar müşahidə olunur. Lakin bununla belə mənzillərin qiymətində hər il ortalama 6 faizə qədər artım qeydə alınır. Belə ki, hazırda orta mənzil qiyməti 80 min manatdırsa, tələb olunan ilkin məbləğ əhalinin ödəmək imkanı xaricindədir. İqtisadçı ekspert Nüsrət İbrahimovun fikrincə, bu şərtlərin yüngülləşdirilməsi paytaxt və regionlarda sosial reallığı nəzərə almaqla həyata keçirilməlidir: ?İlk ödəniş fərmanda 15-20 faiz olduğu halda, banklar 35-40 faiz tələb edir?. İpoteka kreditlərinin verilmə problemlərini həll etmək üçünsə, iqtisadçılar ilk növbədə kreditlərin həcminin ümumi portfelinin artırılmasını vacib sayır. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə ipoteka kreditlərinin həcminin ümumi portfeli ümumidaxili məhsulun 50%-dən 100-110%-ə qədərini təşkil edirsə, Azərbaycanda bu rəqəm müqayisə olunmayacaq dərəcədə kiçikdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA