Azərbaycanda bir adam orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,1 manatlıq qeyri-ərzaq malları alıb

img

08-11-2012 [04:51]


Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 14,0 milyard manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, satılmış ərzaq məhsullarının həcmi 1,9 faiz artaraq 7,8 milyard manata, qeyri-ərzaq mallarının həcmi 20,5 faiz artaraq 6,2 milyard manata bərabər olub. 2011-ci ilin on ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi azalaraq 55,8 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,2 faiz təşkil edib. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,1 manatlıq qeyri-ərzaq malları alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA