75 miyonluq olan ?Hom Paz Prestij? zirkətinə qarzı ard-arda iddialar qaldırılıb

img

08-11-2012 [12:17]


Bakıda Xətai metrosunun yaxınlığında ?Hom Paş Prestij? MTK-nin inşa etdiyi və ümumi dəyəri 75 milyon manat təşkil edən yaşayış mərkəzinin sahibi ilə Azərbaycan vətəndaşları arasında hüquqi zəmində problemlər artan müstəvidə davam edir. Artıq kooperativdə pay sahibi olan bir neçə Azərbaycan vətəndaşı türk iş adamına qarşı mülki qaydada iddialar qaldırıblar. Bu barədə mia.az-a daxil olan məlumata görə, yaşayış komleksindən mənzil alan vətəndaşlardan biri - Turanə Həsənova yaranmış mübahisələrdən sonra bağlanmış müqavilənin ləğv edilməsi ilə bərabər, şirkətdən ümumilikdə 114 min 200 manat pul tələb edir: ?Xətai Rayon Məhkəməsi bu iddianı təmin edib. Qarşı tərəfin şikayəti ilə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Raqub Qurbanovun sədrlik etdiyi hakimlər heyəti tərəfindən iş araşdırılır?. Məlumata görə, hakim Raqub Qurbanov şirkət rəhbəri Hikmət Yigitoğlunun verdiyi şikayət üzrə prosesi noyabrın 15-də davam etdirəcək. Məsələ ilə bağlı bizə açıqlama verən şirkətin baş direktoru Hikmət Yigitdöl Turanə Həsənovanın adına rəsmiləşdirilmiş mənzillə bağlı məhkəmə mübahisələrinin olduğunu təsdiqləyib: ?Əvvəllər o xanımı tanımamışam. Bir neçə il əvvəl tanışları Asif Vaqifoğlu onlardan 84 min manat pul alıb, buradan mənzil verib. Sonradan Asif qaçıb yoxa çıxdı. Həmin xanım və qohumları gəlib dedilər ki, burada bizim mənzilimiz var. Onlara ?problemi Asiflə həll edin? desək də, nəticə olmadı. İnsanlıq naminə onlara kömək edib, yeni müqavilə ilə mənzil verdik. Bir müddət sonra isə gəlib mənzili deyil, pulu tələb etməyə başladılar. Razılaşmayanda isə məhkəməyə verdi?. Hikmət Hikmət Yigitdöl deyib ki, Turanə Həsənova Xətai Rayon Məhkəməsində onlara qarşı 84 min manat borc və əlavə təzminat tələbi ilə iddia qaldırıb: ?Bəli, o, bu iddialar üzrə məhkəmədə biz qalib gəldi. İndi təqribən 115 min manatlıq işlə bağlı şəxsən mən Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişəm?. İddiaçı Turanə Həsənovanın koordinatlarını tapa bilmədiyimizdən mövqeyini öyrənə bilmədik. Bu arada o da bəlli olub ki, sözügedən şirkətə qarşı daha bir Azərbaycan vətəndaşının iddia qaldırdığı xəbərini aldıq. Məlum oldu ki, Konstantin Şevçenko Arkadiyeviç a-soyalı vətəndaşla da ?Hom Paş Prestij? MTK-nın sədri Hikmət Yigitdöllə bərabər, həmin şirkətlə müqavilə əsasında işləyən ?Vaqif Oğulları? MMC-in direktoru Asif Pirvəliyev və mühasib Şirməmməd Baxşəliyev arasında da uzun müddətdir məhkəmə çəkişməsi gedir. İş Xətai Rayon Məhkəməsindən Ali Məhkəməyə qədər davam etsə də, az əvvəl Ali Məhkəmə işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Hazırda bu mübahisə ilə bağlı Bakı Apellyasiya Məhkəməsində prosesə start verilib. Informasiyaya görə, Konstantin Şevçenko ilə şirkət rəsmiləri arasındakı məhkəmə çəkişməsi hazırda hakim Mehti Əsədovun sədrliyi ilə araşdırılır: ?Hakim Mehti Əsədov iş üzrə noyabrın 6-a təyin etdiyi iclasi ayın 27-ə təxirə salıb?. Bu xəbər redaksiyamıza gec daxil olduğundan qarşı tərəfdən münasibət öyrənə bilmədik. Yazıda adları hallanan tərəflərin hər birinin mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA