Pensiyalar 15-20 faiz artırıla bilər

img

30-10-2012 [08:18]


Azərbaycanda hazırda 85 manat olan əmək pensiyasının baza hissəsi 2013-cü ildə 15-20 faiz artırıla bilər. Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib. Onun sözlərinə görə, hazırda bütün addımlar işçiləri icbari dövlət sosial sığortasına cəlb etməyə və əməkhaqqının leqallaşdırılmasına yönəlib: ?Bu istiqamətdə addımlar 2013-cü ildə sosial sığorta üzrə yığımların məbləğini 150 milyon manat və ya 10 faiz artırmağa imkan verəcək. Belə artım sayəsində pensiyanın baza hissəsinin artımını və sığorta hissəsinin indeksləşdirilməsini təmin etmək mümkün olacaq?. S.Müslümov bildirib ki, sosial sığorta üzrə yığımlar yaxşı templə artır və bu artım templəri saxlanılacaq: ?Pensiyanın baza hissəsinin artırılması məqsədilə ölkə rəhbərliyinə müraciət etməyə imkan verəcək kifayət qədər maliyyə resursları yaradılacaq. Baza hissənin artırılması və əməkhaqqının gözlənilən artımı sayəsində gələn il, həmçinin Fondun ödədiyi sosial müavinətlər yüksələcək. Proqnozlara əsasən, gələn il dövlət büdcəsindən transfertlər 33 milyon artaraq 1,077 milyard manat səviyyəsinə çatacaq?. DSMF sədri bildirib ki, bu, kiçik artımdır: ?Buna görə də Fondun gəlirlərində dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 42 faizdən 40 faizədək azalacaq. Bu, sosial sığorta üzrə ödənişlərin yığımının artması sayəsində mümkün olub".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA