BMW 45 min mazınını geri çağırır

img

30-10-2012 [10:58]


Almaniyanın BMW şirkəti transmisiya qutusundakı nöqsanla bağlı 45 min 500 avtomibili geri çağırıb. Əsasən 7-ci nəsil BMW maşınlarının o cümlədən, 2005-ci il istehsalı olan BMW 745İ və BMW 745 Lİ, 2006-2008-ci illərdə istehsal olunmuş BMW 750İ və 750 Lİ və digər buraxılışların qaytarılacağı gözlənilir. Qaytarılası bütün avtomobilllər elektrik açar və "şift bay vayer? adlı inovasiyon texnologiyalı transmissiya qutusu ilə təchiz edilib. Yeni texnologiyanın qüsuru isə ondan ibarət olub ki, istifadəçi qısa vaxt ərzində təkrar olaraq mühərriki işə salar və ya söndürərsə sistem transmissiyanı parkinq rejiminə deyil neytral rejimə keçirir, bu isə maşının anidən geriyə hərəkət etməsinə səbəb olur. Eyni zamanda maşının açar sistemi ilə bağlı da müntəzəm pozuntuların olduğu bildirilir.Maşınların geri qəbuluna noyabr ayında başlanılacaq. Bununla belə, qüsurun aradan qaldırılması üçün lazımı proqram təminatının ən tezi 2013-cü ilin mart ayında hazırlanacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA