Gülər Əhmədova: ?Hələlik məndən pul istəməyin?

img

29-10-2012 [06:29]


??Mərkəz? qəzeti dayanmayacaq. Qəzeti çıxarın, saytı da yeniləyin. Ancaq hələlik məndən pul istəməyin?. Qəzetin baş redaktoru, bir müddət öncə deputat mandatı alınan Gülər Əhmədova oktyabrın 29-da kollektivinə belə bir mesaj göndərib. Yada salaq ki, ?Mərkəz?də yaranan gərginliklə bağı ötən həftə kollektivlə görüşən G.Əhmədova son qərarını bir həftə sonra açıqlayacağını demişdi. Azərbaycan Beynəlxalq Universitetinin rektoru, indi Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev Gülər Əhmədovanın ondan 1 milyon dollar rüşvət tələb etməsi haqqında videogörüntü yaydıqdan sonra keçmiş deputatın olduqca gərgin günlər yaşadığını ölkədə hər kəs bilir. Hakimiyyətin yüksək dairələrində təmsil olunan şəxslərin adı çəkilən videomaterialdan sonra çoxları hətta onun həbs ediləcəyini proqnozlaşdırırdı. Ancaq Gülər Əhmədova hətta ?doğma partiyam? adlandırdığı Yeni Azərbaycan Partiyasından belə çıxarılmadı. Baxmayaraq ki, partiyasının ikinci şəxsi məsələyə münasibət bildirərkən G.Əhmədova haqqında ?dələduz? ifadəsini işlətməkdən çəkinməmişdi. Gülər Əhmədova hakimiyyəti bir-birinə vuran bu ciddi qalmaqaldan hələlik mandat itkisi ilə can qurtarıb. Baş verənlərdən sonra Gülər Əhmədovanın rəhbərlik etdiyi ?Mərkəz? qəzetinin də taleyi sual altında qalmışdı. Video yayılandan dərhal sonra Gülər Əhmədobanı təbii olaraq müdafiə edən qəzet öncəki qrafiki üzrə çap edilsə də çox keçməmiş redaksiyada ciddi gərginlik başladı. Xüsusən əmək haqlarının verilməməsindən sonra. Bu yerdə onu da vurğulayaq ki, ?Mərkəz?çilər məsələ ilə bağlı açıqlamalarında onu da bildiriblər ki, maaşları olduqca azdır. Ancaq qalmaqala qədər əməkhaqlarının verilməsində xüsusi problem yaranmadığı üçün yeni iş yeri axtarmaqdansa qəzetdə qalmağa üstünlük veriblər. ?Mərkəz?in adının çəkilməsini istəməyən əməkdaşı ?Yeni Müsavat?a deyib ki, kollektiv üzvlərindən çoxu yeni iş yeri soraqlamağa başlasalar da hələlik gedən yoxdur: ?Çünki indi getsək, əminik ki, 2 ay yığılıb qalan əməkhaqqı borcumuzu ödəyən olmayacaq. Gülər Əhmədovanın özü ilə isə əlaqə yarada bilmirik. Maddi durumumuz çox ağırdır ? işçilərin çoxu kirayədə yaşayır, banklara kredit borcu olanlar var. Durum çıxılmazdır. Ancaq yaxın günlərdə əməkhaqları ödənməsə kollektivdən gedənlərin olacağı şübhəsizdir?. Azərbaycan reallıqlarını bilən hər kəsə bəllidir ki, ?Mərkəz? tipli qəzetlərin özünü maliyyələşdirməsi absurddur. Qəzetin internet versiyası merkez.az saytının da gəlir gətirdiyindən söhbət gedə bilməz ? saytda 1 dənə də olsun reklam yoxdur. Belə olan halda bəllidir ki, qəzet bunca müddəti kənar qaynaqlardan maliyyələşib. İnformasiyası olanlar bildirir ki, ?Mərkəz? uzun illər Fövqəladə Hallar Naziri Kamaləddin Heydərovun ayırdığı maliyyə ilə yaşayıb ? daha dəqiqi yuxarılar K.Heydərova G.Əhmədovaya davamlı vəsait ayırmaq göstərişi verib. FHN rəhbəri K.Heydərov Azərbaycanda bir neçə iri media quruluşunu birbaşa maliyyələşdirməklə bu sahəyə ciddi nəzarət imkanlarına sahib olan şəxsdir. Ancaq ?Mərkəz?i K.Heydərovun ?media səltənəti?nə aid etmək doğru deyil. Çünki bu vəsait qəzetə yox, birbaşa Gülər Əhmədovaya ayrılıb. ?Mərkəz? birbaşa Gülər Əhmədovanın şəxsi nəzarəti altındadır. Eks-deputatın artıq 2 aydır işçilərinə maaş verə bilməməsi uzun illər ayrılan maliyyənin bu olaydan sonra dayandırılması anlamına da gələ bilər. Yəqin ki yaxınlarda bu məsələyə də aydınlıq gələcək. Bəlli olan odur ki, indiki halda itirdiyi mövqelərini bərpa etməyə çalışan Gülər Əhmədova üçün ?Mərkəz? qəzeti kimi uzun illər ayaqda saxladığı layihəsinin dayanması qətiyyən arzuolunan deyil. Sadə hesablamalar göstərir ki, indi ?Mərkəz? redaksiyasındakı diskomfortu yatırmaq, ona ən ağır zamanında dəstək olan qəzetçiləri həm sosial, həm psixoloji baxımdan ayaqda saxlamaq üçün Gülər Əhmədovaya o qədər də iri məbləğ gərək deyil. Hər halda, bu vəsait öz dili ilə desək, ?uzun illər razborka təcrübəsi olan? Gülər Əhmədova üçün o qədər də əlçatmaz deyil. /musavat.com/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA