Nazir Natiq Əliyev iddialı danızdı

img

15-10-2012 [12:30]


Bakıda keçirilən VI Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev iddialı açıqlamalar verib. Mia.az-ın xəbərinə görə, nazir N.Əliyev deyib ki, 2000-ci ildən 2008-ci ilədək hər il 9,8 faiz olmaqla Xəzər regionunda iqtisadiyyatda əhəmiyyətli artım müşahidə olunub: "2035-cu ildə region ölkələri arasında adambaşına ÜDM-in 18 min dollar həcmində nisbətən daha yüksək səviyyəsinə Qazaxıstan nail olacaq. Azərbaycanda bu rəqəm 15 min dollar təşkil edəcək". Nazirin sözlərinə görə, regionda çox mühüm əhəmiyyət kəsb edən Azərbaycan uzunmüddətli perspektivdə Qərb bazarlarının qazla təmin olunmasında əhəmiyyətli rol oynayacaq. O bildirib ki, Avropa qaza olan tələbatının təmin olunması məsələsində çətinliklər çəkəcək: "Ona görə də qitənin təkcə marşrutları diversifikasiya etmək deyil, yeni qaz tədarükü mənbələri tapmaq istəyi anlaşılandır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA