?Azərsu? dispanserlə məhkəmədə çəkizir

img

14-10-2012 [02:58]


Qorxmaz Hüseynovun rəhbəri olduğu ?Azərsu? Respublika Dəri-Zöhrəvi Dispanserini məhkəməyə verib. Bu barədə mia.az-a daxil olan məlumata görə, ?Azərsu? ASC adıçəkilən dispanserdən su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcunun ödənilməsini tələb edir: ?Lakin borc mübahisəsi tərəflər arasında öz həllini tapa bilmədiyindən məhkəmə müstəvisinə çıxarılıb. Hazırda ?Azərsu?yun Respublika Dəri-Zöhrəvi Dispanserə qarşı borcun ödənilməsindən bəhs edən iddiası Bakı Apellyasiya Məhkəməsində araşdırılır: ?Qorxmaz Hüseynovun rəhbərlik etdiyi qurum dispanserə qarşı əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə iddia qaldırdı. Ancaq bu məhkəmə instansiyası ?Azərsu?yun iddiası təmin etmədi. Bu səbəbdən də qərardan apellyasiya şikayəti verilib. Hazırda bu şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovovun sədrliyi ilə icraata qəbul olunub, araşdırılır?. Məlumata görə, hakim Ülvi Mayılov şikayət üzrə oktyabrın 17-ə proses təyin edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA