Qurban bayramı günlərində heyvanların satızı - açıqlama

img

03-10-2012 [02:26]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi müvafiq struktur və sahibkarlarla birlikdə Qurban bayramı günlərində Bakıda və paytaxt rayonlarının müxtəlif nöqtələrində qurbanlıq heyvanların satışını təşkil edəcək. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 25-26-da keçiriləcək, bu da cümə axşamı və cümə gününə düşür. İstirahət günləri nəzərə alınmaqla, oktyabrın 25-dən 28-dək qeyri-iş günü hesab olunur. "Ənənəyə görə, bu il Bakının və onun rayonlarının ayrı-ayrı nöqtələrində qurbanlıq heyvanların satışı təşkil ediləcək. Hazırda hazırlıq işləri aparılır, satış yerləri müəyyənləşdirilir. Bu məntəqələrdə satış bazar qiymətindən ucuz olacaq", - Əliyev qeyd edib. Onun sözlərinə görə, bayram zamanı qurbanlıq heyvan və ətə tələbatın artdığını nəzərə alaraq, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkə bazarlarında və satış məntəqələrində monitorinqləri gücləndirəcək. "Qiymətlərin süni artımının qarşısını almaq məqsədilə Dövlət Xidməti bayramdan öncə və bayram günlərində monitorinqləri gücləndirəcək", - Əliyev vurğulayıb. #601;ti v

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA