Veteranların pensiyası artdı

img

02-10-2012 [01:27]


Milli Məclisin bugünkü iclasında ?Əmək pensiyaları haqqında? qanuna dəyişikliklərdə müzakirə olunub və bu barədə qərar qəbul edilib. Qərara əsaseən Azərbaycanda İkinci Dünya müharibəsində iştirak edənlərin pensiyaları artırılıb. Beləliklə, İkinci Dünya müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə 50 faiz əlavə ödəmə nəzərdə tutulubsa, dəyişikliklə əlavə 90 faiz təşkil edəcək. Qanuna edilən digər dəyişikliklərə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının əmək pensiyalarına güzəşt tətbiq ediləcək. Belə ki, FHN-də 25 il çalışanlar əmək pensiyasına çıxmaq hüququ qazanacaqlar. Bundan əlavə, əməkdaş vəfat edərsə, onun ailə üzvləri ailə başçısını itirdiklərinə görə əmək pensiyası almaq hüququna malik olacaqlar. Qanunda başqa bir dəyişiklik də edilib. Belə ki, FHN-də 5 il çalışan şəxs əmək pensiyasına çıxarsa, əmək haqqının 45 faizini, 5-10 il yenə 45 faiz, 10 ildən çox çalışanlara isə 55 faiz pensiya verilməsi nəzərdə tutulur. Bu insanlar dünyalarını dəyişərsə, onun ailə üzvləri ailə başçısını itirdiklərinə görə əmək pensiyası almaq hüququ yaranacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA