?Uniforex? bonus aksiyasına bazlayır

img

27-09-2012 [03:29]


Dünya birjalarında on-layn ticarət aparmaq və gəlirlərində çevriliş etmək istəyənlər üçün ?Uniforex? xidməti çərçivəsində bir sıra faydalı yeniliklər təklif olunur. Bu gündən etibarən ?Unibank? FOREX bazarına onun vasitəçiliyi ilə qoşulan müştərilərə istənilən və onlara rahat olan kredit çiyni təqdim etməyə hazırdır. Bundan başqa, Bankın oktyabr ayınından start verdiyi aksiyasına görə, ?Uniforex? hesabında hər 500 ABŞ dolları həcmində vəsait artıran treyderlərə Bank tərəfindən 10% bonus təqdim edilir. Bonus kimi hesaba yatırılan vəsaitlər real ticarətdə tam sərbəst istifadə oluna bilər. Müştərilərə 100-dən artıq valyuta cütlüyü üzrə həm real, həm demo-ticarət aparmağa imkan verən ?Uniforex? xidməti, bir neçə maliyyə bazarlarında əməliyyatların vahid hesabdan və əverişli qiymətlər üzrə aparılmasını nəzərədə tutur. Bütün əməliyyatlar çoxfunksional ?Unibank Trading Station? proqram platforması vasitəsi ilə keçirilir. Xidmətə qoşulmaq üçün ?Unibank? filiallarından birində minimal məbləği $300 az olmayan cari depozit hesabı açdırmaq və xüsusi www.uniforex.az saytından ?Unibank Trading Station? platformasını yükləmək kifayətdir. Bu təqdirdə hər bir müştəri FOREX bazarında ilkin mədaxil məbləğindən qat-qat çox həcmlərdə istədiyi valyutalar ilə iəməliyyatlar apara bilər. Bu zaman ?Uniforex? hesabları üzrə vəsaitlərin artırılması və çıxarılması gecə-gündüz və ən əsası Banka hər-hansı bir komissiyalarının ödənilməsi aparılmadan keçirilir. Qeyd edək ki, ?Unibank? valyuta treyderi peşəsini öyrənmək və maliyyə bazarlarınin incəlikləri barədə biliklərini artırmaq istəyənlər üçün treninqlər təşkil edir. Belə ki, 20-21 sentyabrda Bank ticarətə yeni başlayan və peşəkar treyderlərə İsveçrənin ?MİG Bank?-ın analitiklərinin köməyi təlim seminarı keçirib. Təlimləri aparan əcnəbi eksperlər arasında ?MİG Bank?-ın Rusiya və MDB-dən olan müştərilərlə iş üzrə Müdiri Kseniya Zubkova, habelə bazar strategiyaları üzrə təhlilçilər Bidjoy Kar və Aleksandr Kazak olublar. Treninqlərin nəticələrinə görə, hər bir iştirakçıya ?Unibank? və ?MİG Bank? adından müvafiq sertifikatlar təqdim edilib. Xatırladaq ki, broker xidmətlərinin göstərilməsində ixtisaslaşan ?MİG Bank?, FOREX bazarında ?Unibank?-ın tərəfdaşıdır. ?Uniforex? xidmətinə qoşulmaq barədə əlavə məlumatı (012) 117 telefon nömrəsi üzrə əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA