ARDNŞ-də qanunsuzluqlar pik həddə çatıb

img

27-09-2012 [12:29]


ARDNŞ-in tabeliyində olan ?Azəriqaz?da vəziyyət dözülməz həddə çatıb: ?Həmin birliyin işçilərin sosial müdafiəsi istiqamətində qanunla nəzərdə tutulan güzəştlərdə ləğv olunub. Ümumiyyətlə, ?Azəriqaz? ARDNŞ-in tabeliyinə veriləndən sonra burada vəziyyət dözülməz hala gəldi?. Qurumun əməkdaşlrının mia.az-a verikləri məlumata görə, keşmiş rəhbər Əlixan Məlikovun dövründə ?Azəriqaz?da işləyən bütün əlillərə xüsusi güzəşt və köməklik olunsa da, artıq buna da son qoyulub: ?5 dekabr ?Əlillər gunu?ndə və ya 26 iyun Milli Ordu günündə az da olsa, yardım verirdiler. Bundan əlavə, maaşların üstünə 10 faiz əlavə də olunurdu. Həmçinin, keçmiş rəhbərliyin vaxtında büllütenə çıxan əlil işçilərin pulu 150 faizlə hesablanıb ödənilirdi. Amma ?Azəriqaz? birliyə çevrilərək ARDNŞ-ə veriləndən sonra burada vəziyyət pisləşməyə doğru dəyişdi. İndi Əkbər Hacıyevin rəhbərli etdiyi bu birlikdə yuxarıda sadalanan güzəştlərin hamısı ləğv olunub. Bütün bunlar ?Azəriqaz?ın həmkarlar komitəsinin gözləri önündə baş verir. Lakin yuxarıda qeyd edilən kimi, həmkarlar komitəsi idarə rəisləri tərəfindən təyin olunduğundan, həmin qurum işçilərin əmək və sosial mühafizəsi ilə məşğul olmaq əvəzinə, əksinə, idarənin qanunsuzluqlarını ört-basdır etməkdədirlər. Əlilərin Sosial Müdafisəsi haqqında qanun var. Həmin qanunun 29-cu maddəsində kvota əsasında dövlət qurumlarında işləyən əlillərin sosial müdafiəsi və əmək şəraitinin yaradılması açıq göstərilib. Şirkət rəsmilərindən dəqiqləşdirin, görək bu istiqamətdə onlar hansı addımları atırlar? Ümumiyyətlə, addım atırlarmı??. Şikayətçilərin sözlərinə görə, ?Azəriqaz?da normal iş rejimi də pozulub. Belə ki, sahə işçiləri indii həfftənin 5 günü deyil, 7 günü, özü də qanunla nəzərdə tutulan iş saatından çox iş başında olsalar da, bu, onların maaşlarında öz əksini tapmır: ?Bu azmış kimi, rayon qaz idarələrinin tərkibində olan təmir-tikinti və qəza xidmətlərində işçilər üçün adi şərait yaradılmayıb da. Təsəvvür edin ki, yayın itisi və ya qışın palçıqlı günlərdə qazma işləri görən fəhlələrin yuyunması üçün heç bir tədbirlər görülməyib. Sizdən xahiş edirik, ARDNŞ və ya ?Azəriqaz?ın rəhbərliyindən soruşun, niyə işçilərlə belə davranırlar? Niyə əcnəbilərə yaradılan şəraitin 1/100-i bizə yaradılmır? Bizim haqqımız və hüquqlarımızı bu qədər pozan rəhbər şəxslər televiziyalarda danışanda vicdanları sızıldamırmı??. Sonda şikayətçilər onu da bildiriblər ki, ARDNŞ-də iş başında və yaxud qəza nəticəsində dünyalarını dəyişənlərin ailələrinə də heç bir yardım göstərmirlər: ? İş vaxtı baş verən hadisələr üzündən həlak olan neftçilərin ailələri bu gün dözülməz şəraitdə yaşayırlar. Bu ilin iyun ayında ARDNŞ-in buruğunda baş verən partlayış nəticəsində yanaraq dünyasını dəyişən Ismayıl Məmmədovun ailəsi hələ də pensiya ilə təmin olunmayıb. Belə qanunsuzluqlara hansı adı vermək olar??. Yazıda irəli sürülən ittihamlı sual və faktlarla bağlı qarşı tərəflə əlaqə yarada bilmədik. Amma tərəfin də münasibətini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA