Gələn ilin büdcə layihəsi prezidentə təqdim olunub

img

24-09-2012 [03:53]


Baş nazir Artur Rasizadənin sədrliyi ilə Azərbaycan Respublikasının 2013-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib. Nazirlər Kabinetindən verilən məlumata görə, Artur Rasizadə bildirib ki, dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun və dünya iqtisadiyyatında gedən proseslər nəzərə alınmaqla tərtib edilib. Layihə hazırlanarkən dövlət büdcəsinin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə qüdrətinin artırılmasına, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xüsusi önəm verilib. İclasda Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin layihəsi haqqında sənədlər toplusunun ölkə Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA