Xəzər Dəniz Gəmiçiliyi 302 min dollarının davasına qalxıb

img

19-09-2012 [10:46]


Aydın Bəşirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi çoxprofilli şirkət olan ?Qarant Ko? MMC-yə qarşı təqribən 300 min dollarlıq iddia qaldırıb. Dövlət idarəsi məhkəmə yolu ilə adıçəkilən şirkətdən ümumilikdə 301.734 ABŞ dolları məbləğində borcun tutulub, hesabına ödənilməsini tələb etsə də, işə mübahisəni araşdıran ilkin məhkəmə instansiyası sayılan 1 saylı Bakı İnzibati-İqtisadi məhkəmə tələbi təmin etməyib. Hazırda tərəflər arasındakı mübahisə Bakı Apellyasiya Məhkəməsində araşdırılır. Mia.az-ın xəbərinə görə, hakim Valeh Ağayevin sədrliyi ilə apellyasiya şikayəti üzrə məhkəmənin ?ikinci raundu?na sentyabrın 21-ə baxılacaq. Tərəfləri də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA