?ASAN xidmət?ə 2 milyon ayrıldı

img

17-09-2012 [10:18]


Prezident İlham Əliyev Fransa səfərindən öncə ?Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ?ASAN xidmət? mərkəzlərinin yaradılması məqsədilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında? sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ?ASAN xidmət? mərkəzlərinin yaradılması ilə bağlı pilot layihənin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb. Sərəncamda nəzərdə tutulan vəsaitin təmin edilməsi Maliyyə Nazirliyinə, digər məsələlərin həlli isə Nazirlər Kabinetinə ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA