ASB Bankda 137 məlumat mərkəzi fəaliyyətə bazlayıb

img

13-09-2012 [04:40]


Azərbaycan Sənaye Bankı (ASB Bank) müştəri xidmətlərinin 137 məlumat mərkəzi fəaliyyətə başlayıb. Bakı şəhəri daxilində stasionar telefonlardan və mobil operatorlardan birbaşa 137 olaraq yığılan nömrə, şəhərdən kənar ərazilərdə 012-137 olaraq yığılmalıdır. Bu xidmət Azərbaycanın ilk taksit kartı olan ?Extra Card? layihəsi ilə eyni zamanda həyata keçirilir. ASB Bank-ın 137 məlumat mərkəzi ilə müştərilərin Bank məhsul və xidmətlərinə dair müraciətlərinin cavablandırılması,müştəri xidmətləri keyfiyyətinin və məmnuniyyətinin artırılması da nəzərdə tutulub. Qeyd edək ki, ?Azərbaycan Sənaye Bankı? 1996-cı ildən fəaliyyətə başlayıb. Bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 571 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı isə 25.994, cəmi müştərilərinin sayı isə 46.000 ?dən çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA