Gələn il üçün dövlət büdcəsinin layihəsi hazırlanıb

img

12-09-2012 [10:35]


2013-cü ilin büdcə layihəsi artıq hazırdır və bu ilin sentyabr ayının 15-də Nazirlər Kabinetinə təqdim olunacaq. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Nazirlər Kabinetinə təqdim olunur və yalnız bundan sonra büdcə layihəsi ictimaiyyətə açıqlanır. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli də 2013-cü ilin büdcə layihəsilə bağlı Modern.az-a məlumat verib. Millət vəkili bildirib ki, büdcə sənədi artıq hazırlanıb. Onun sözlərinə görə, büdcə layihəsi əvvəlcə Nazirlər Kabinetinə təqdim olunacaq. Nazirlər Kabinetində müzakirələrdən keçdikdən sonra Prezident Administrasiyasına göndəriləcək. Daha sonra prezidentin imzası ilə Milli Məclisin müzakirəsinə veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA