Rabitəçilər də söküntüyə bazlamaq istəyir

img

09-09-2012 [06:35]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və onun tabeliyindəki idarə rəislərinin telekommunikasiya şəbəkələrinin mühafizə zolağında tikilən obyektləri sökmək cəhdləri hələki effekt vermir. Mia.az ?Reytinq?ə istinadən xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitə İstehsalat Birliyi telekommunikasiya şəbəkələrinin, onların vasitə və qurğularının üzərində tikilmiş qanunsuz tikintilərin sökülməsi tələbi ilə bağlı ayrı-ayrı fiziki şəxslərə qarşı çoxsaylı iddialar qaldırsalar da, bunların böyük əksəriyyətindən məğlub ayrılıblar: ?Məsələn, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Sabunçu Telefon Qovşağı Suraxanı və Sabunçu rayon ərazi hüdudlarında qanunsuz tikinti işləri aparan vətəndaşlara qarşı xeyli iddialar qaldırıb. Belə iddialardan biri də İbrahimov Elçin Mirzə oğlu, Əliyev Daşdəmir Eldar oğlu, Binnətova Rəziyə Əlikram qızı və Məmmədova Kamilə Əli qızına qarşıdır. Rabitə müəssisəsi hesab edir ki, adıçəkilən fiziki şəxslər telekommunikasiya qurğularının üzərində qanunsuz tikinti aparıb və onlar sökülməlidir. Amma işə baxan Sabunçu Rayon Məhkəməsi rabitə müəssisəsinin iddialarını qanunsuz sayaraq rədd edib. Lakin rabitəçilər də geri çəkilmək niyyətində deyillər. Dövlət müəssisəsi rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib?. Bizi məlumatlandıran şəxsin sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (Sabunçu Telefon Qovşağı) İbrahimov Elçin Mirzə oğlu, Əliyev Daşdəmir Eldar oğlu, Binnətova Rəziyə Əlikram qızı və Məmmədova Kamilə Əli qızına qarşı şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun icraatında baxışa qəbul olunub: ?Hakim Tofiq Səmədov iş üzrə sentyabrın 13-də proses keçirəcək?. Məsələ ilə bağlı tərəflərin mövqeyini də dərc edə bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA