ilham Əliyev ölkənin zimal-qərb bölgəsinə gedib

img

09-09-2012 [03:28]


Bu gün Prezident İlham Əliyev ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Zaqatala rayonuna gedib. Səfər çərçiəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələdən sonra rayonda aparılan işlərlə bağlı ölkə başçısına ətraflı məlumat verib. Sonra Prezident İlham Əliyev Zaqatalada 750 şagird yerlik 2 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib. Prezidentin diqqətinə çatdırılıb ki, 1952-ci ildə inşa edilmiş bu məktəb 500 şagird yerlik olmuşdur. Cari il mayın 7-də baş verən zəlzələ nəticəsində məktəbin binası qəzalı vəziyyətə düşüb və məhz Prezidentin tapşırığına əsasən bu ilin iyununda təhsil ocağı yenidən tikilib. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni məktəb binasında tədrisin keyfiyyətlə aparılması üçün bütün şərait yaradılıb. Müasir avadanlıqla və dərs ləvazimatları ilə təmin edilmiş məktəbin üçmərtəbəli binasının ümumi sahəsi bir hektardır. Burada A, B, C, D, E tədris blokları fəaliyyət göstərir. Məktəbin həyətində açıq futbol meydançası, mərkəzləşdirilmiş istilik sistemi yaradılmış, iki su anbarı, 630 kilovoltluq transformator quraşdırılıb. Məktəbdə yaradılmış şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada 45 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, akt zalı, şagirdlər üçün istirahət zalları, 250 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Burada, həmçinin ingilis dili, internetə qoşulmuş kompyuter otaqları, müasir avadanlıqla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Bu da şagirdlərin bilik və bacarıqlarının daha da genişləndirilməsinə böyük imkanlar açır. Hazırda məktəbdə təhsil alan 700 şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Tədrisin rus dilində aparıldığı məktəbdə ağac, metal üzərində oyma, tikiş emalatxanaları da fəaliyyət göstərir. Bu da şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri ilə yanaşı, peşə sahəsində bilik və bacarıqlarını artırmalarına imkan yaradır. Bildirildi ki, məktəbin müasir qurğularla təmin edilmiş idman zalında mini futbol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait təmin olunub. #305;b. M

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA