Manatın dizaynı dəyizdiriləcək

img

15-08-2012 [05:31]


Azərbaycanda pul nişanlarının dizaynı və mühafizəsi daha da təkmilləşdiriləcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının Azərbaycanın milli valyutası ? manatın tədavülə buraxılmasının 20 illiyi münasibətilə yaydığı məlumatda bildirilir. Məlumatda deyilir ki, Mərkəzi Bank milli valyutada pul nişanlarının etibarlığını və cəlbediciliyini yüksək səviyyədə saxlamaq üçün müasir tələblərə cavab verən növbəti nəsil pul nişanlarının dizayn və mühafizə fəlsəfəsinin hazırlanması ilə əlaqədar müvafiq layihənin icrasına başlayıb. Xatırladaq ki, hazırda tədavüldə olan pul nişanları 2006-cı ildən, denominasiya nəticəsində tətbiq edilib. [b]Eynullayev Hüseyn Bakı Slavyan Universitetinin tələbəsi[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA