Azərbaycanı ərzaq böhranı gözləyir

img

13-08-2012 [10:19]


BMT dünyada ərzağın bahalaşması və yeni böhranın yaranmasından narahatlığını ifadə edib. Belə ki, bu ilin iyul ayında hava şəraitinin kəskin pisləşməsi nəticəsində dünyada ərzağın qiyməti kəskin bahalaşması belə bir qənatəin formalaşmasına səbəb olub. Məsələylə bağlı ?Reytinq?ə açıqlama verən İqtisadi tədqiqatlar mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov bildirib ki, bir neçə il bundan əvvəl də qlobal iqlim dəyişikliyi nəticəsində dünyada ərzaq böhranı müşahidə edilirdi. Onun sözlərinə görə, problemin yenidən gündəmə gəlməsi də mümkündür: ?Burada xüsusən taxıl istehsalının azalmasından gedir ki, bu, bir çox hallarda həm çörək istehsalına təsir edir, həm də heyvandarlığı, yəni ət, süd məhsullarının azalmasına gətirib çıxarır. Onu da nəzərə çatdıram ki, normal halda dünyada taxıl istehsalının həcmi 2 milyard 200 milyon tondur. Ancaq iki il bundan əvvəl də taxıl istehsalında azalma baş vermişdi və 1 milyard 800 milyon tona enmişdi. Bir çox ölkələrdə taxıl ehtiyatı olduğu üçün istahsalın bu şəkildə aşağı düşməsi elə də ciddi təsir göstərmədi. Ancaq son zamanlar əvvəlki illərdən saxlanılan ehtiyat da azalıb. İndiki halda narahatlıq ondan ibarətdir ki, əgər həqiqətən də istehsalın həcmi 1 milyard 150 milyon ton olacaqsa, əhalinin bir hissəsi qida təhlükəsizliyi ilə üzləşəcəklər. Ona görə də BMT tərəfindən verilən proqnoz özünü doğrultmaq üzrədir. İndi mövsümdür, təkcə bizdə yox, Rusiyada və digər ölkələrdə taxıl biçininin əsas hissəsi baş verib, bundan sonra nə qədər taxıl istehsalı da bəllidir. Bu baxımdan ərzaq böhranı ilə bağlı verilən proqnoz reallığa söykənir?. V.Məhərrəm Azərbaycanı da ərzaq böhranı gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, ərzaq təminatı ilə bağlı vəziyyəti gərgindir: ?Bir şeyi unutmaq lazım deyil ki, Azərbaycan özünün ərzaq buğdasına olan tələbatının tamamilə idxal hesabına ödəyir. Baxın, son vaxtlar hökumət məlumat verir ki, bizim buğda istehsalımız artıb. Amma təəssüflə qeyd etməliyəm ki, biz bir kq da olsun, 1,2,3,4,5-ci sinif buğda standartına uğun olan buğda istehsal edib ortaya qoya bilməmişik. Çünki buğdanı xüsusi qurğular vasitəsilə təmizləmək, çeşidləmək lazımdır, amma bizdə belə bir prosedur aparılmır. Səbəb də odur ki, bu qurğular bizdə yoxdur. Ona görə də bizim yerli un istehsalçılarımız özümüzün istehsal etdiyimiz buğdanı yox, daha çox xaricdən gətirilən buğdaya üstünlük verirlər?. Müsahibimiz un və çörək istehsalı ilə bağlı daha ciddi problemə də toxunub. O qeyd edib ki, Qazaxıstandan, Rusiyadan Azərbaycana idxal olunan buğda əsasən 4-cü, 5-ci sinif buğdadır: ?Hətta bu buğdadan çörəkbişirmədə istifadə olunmur. Çox az ölkədə bu buğdadan çörəkbişirmədə istifadə etdikləri halda, 1-2-ci sinif buğdanın da qarışdırırlar ki, alınan çörəyin keyfiyyəti normal olsun. Amma bizə son zamanlar daha çox 4-5-ci sinif buğda idxal edirlər ki, bu da heyvandarlıqda yem kimi istifadə edilən buğdadır. Görün vəziyyət nə yerdədirsə, bizim istehsal etdiyimiz buğda hətta bu keyfiyyət standartına da uyğun gəlmir?. Azərbaycanın taxıl idxal etdiyi ölkələrdə taxıl istehsalında azalma baş verəcəyini xatırladan ekspertin sözlərinə görə, bunun Azərbaycan üçün ciddi təhlükə yarada bilər. V.Məhərrəmov onu da qeyd edib ki, Qazaxıstan və Rusiyada taxıl istehsalının azalacağı təqdirdə bizim başqa ölkələrə üz tutmağımız gözlənilir. Onun fikrincə, belə olan təqdirdə də qiymət nisbətən qalxacaq və bu da çörəyin qiymətinə də təsir edə bilər. Yəni, proseslər çörəyin qiymətinin artmasına gətirib çıxara bilər. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, tanınmış iqtsadçı alim Əli Məsimli isə ciddi narahatlığa əsas görmür. Onun sözlərinə görə, nə dünyada, nə də Azərbaycanda ərzaq böhranı gözlənilmir. Ancaq Ə.Məsimli bəzi məhsulların qiymətində artımın olacağını istisna etmir: ?İstehsalı çətinliklərlə qarşılaşan müəyyən məhsulların qiymətlərində artım ola bilər. Azərbaycanda bu il kənd təsərrüfatında bolluq müşayiət olunub. Amma fermerlərin bir hissəsi bu bolluqdan faydala bilməyiblər. Çalışmaq lazımdır ki, fermer istehsalın artırılmasından faydala bilsin ki, növbəti illərdə istehsalı artırmağa marağı olsun?. Azərbaycanın taxılla bağlı hər hansı bir problemlə üzləşib-üzləşməyəcəyinə gəlincə, Əli müəllim ?Biz yaxşı çalışsaq, məhsuldarlığın artırılması sahəsində nəticələrimizi yaxşılaşdırıb, orta perspektivə özümüzü taxılla təmin edə bilərik. Təəssüf ki, bu gün taxıl altına yetərincə torpaq verilsə də, məhsuldarlıq aşağıdan bir qədər yüksək səviyyədə olduğundan hələlik özümüzü tam təmin edə bilmirik. Amma məhsuldarlığı artırmaqla bu, mümkündür. Yəni vəziyyətdən çıxış üçün məhsuldarlığı artırmaq yolunu tutmaq lazımdır?, - deyib.#305;n bu #305;qda yem kimi istifad

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA